Şriftin ölçüsü :

Saytın rəngi :

“Səni tərənnüm edirəm mənim vətənim ,İlhamla irəli”

25 dekabr 2014 | 16:00

24 dekabr 2014-cü il tarixdə Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində “Səni tərənnüm edirəm mənim vətənim ,İlhamla irəli” devizi  altında tədbir keçirildi.
     Tədbir rayon Mərkəzi meydanında idmançıların nümunəvi çıxışları ilə başladı. Mədəniyyət mərkəzinin qarşısında tədbirin qonaqlarını Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin “Çingiz” ritim qrupu qarşıladı. Qonaqlar Mərkəzin foyesində təşkil edilmiş əl işləri və rəssamlıq  nümunələri sərgisinə, uşaqların hazırladığı rəqs nümunələrinə tamaşa etdilər.
     Tədbirin rəsmi hissəsini İsmayıllı RİH-nin başçısı M.Sadıqov açaraq Ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət barəsində, hüquqşünas Rəsul Səfərov dövlətimizin artan gücündən, bölgələrin, o cümlədən İsmayıllının inkişafından danışdı.  
    Tədbirin bədii hissəsi 2 saylı körpələr evi uşaq bağçasında tərbiyə alan uşaqların və rayon məktəblilərinin, mədəniyyət şöbəsinin musiqi kollektivlərinin çıxışları ilə davam etdirildi.

Keçidlər