Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları start götürdü

26 dekabr 2014 | 16:00

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır.
Yeni ilin gəlişi münasibətilə keçiriləcək yarmarkalar 26 dekabr 2014-cü il tarixdən 31 dekabr 2014-cü il tarixədək davam etdiriləcəkdir. Bu gün keçirilmiş yarmarkada rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçıları, quşçuluq müəssisələrinin, eləcə də Nikitin adına kolxozun məhsulları satışa çıxarıldı.
Yarmarkada çox geniş çeşidə malik məhsullar satıldı. Belə ki, meyvə-tərəvəz, bal, ət, süd, balıq məhsulları, arpa, buğda və digər məhsullar bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılmışdır.

Keçidlər