Şriftin ölçüsü :

Saytın rəngi :

Bədii gimnastların açıq dərsi-Bayram şənliyi

28 dekabr 2014 | 16:00

Növbəti Yeni il şənliyi Regional Cüdo mərkəzində oldu. İlk növbədə 33 nəfər azyaşlı qızın iştirakı ilə Respublika Gimnastika Federasiyasının məşqçisi, İsmayıllı gimnastlarını hazırlayan Sultanə İbrahimzadə bədii gimnastika üzrə açıq dərs keçdi. Dərs Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuşdu. İsmayıllı rayon Gənclər və İdman idarəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və gimnastika Federasiyası rayon filialının təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edən gimnastların fərqlənən 12 nəfərinə diplom və bütün iştirakçılara hədiyyələr verildi.

Keçidlər