Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda bayram şənlikləri daha geniş miqyas alır

29 dekabr 2014 | 16:00

29 dekabr 2014-cü il tarixdə Heydər Əliyev adına Mərkəzi Meydanda qurulmuş 30 metrlik yolkanın ətrafında növbəti tədbir keçirildi. Tədbirdə rayonun çoxsaylı gəncləri, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin tələbələri, Peşə Tədris Mərkəzinin şagirdləri iştirak edirdilər. Onlar Azərbaycana, vətənə, orduya həsr olunmuş mahnılar, şən rəqslər ifa etdilər. Kollecin direktor əvəzi Sevda Qasımova və Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov Dünya Azərbaycanlılarının həmrəyliyinin verdiyi arzuolunan bəhrələrdən, Yeni ilə İsmayıllının yeni uğurlarla gəlməsindən, bölgədə coşqun gənclik həyatının yaranmasından danışdılar.
Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov 2014-cü ildə rayonda dövlət gənclər və idman siyasətinin həyata keçirilməsinin yüksək nəticələrindən ilin yekunu olaraq danışdı. Fəal gəncləri, Dünya, Avropa və Respublika çempionu olmuş idmançıları mükafatlandırdı.
Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış komissiya rayonun ən fəal ağsaqqalını, ictimaiyyətçi qadınını, həkimini, mədəniyyət işçisini, gəncini, müəllimini ,xalıq sənətkarını, jurnalistini, idmançısını müəyyən etmişdir. 9 nominasiya üzrə qaliblərə Diplomlar və hədiyyələr təqdim edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram iştirakçılarını təbrik etmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2015-ci ildə İsmayıllıda daha yüksək inkişaf olacağını, sosial həyatı zənginləşdirəcək yeni layihələrin həyata keçiriləcəyini demişdir. Qeyd etmişdir ki, İsmayıllıda yaşayan müxtəlif millətlərin, milli azlıqların nümayəndələrinin həmrəyliyinin nəticəsi olaraq rayonda nailiyyətlər artır, uğurlar çoxalır.

Keçidlər