Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il tədbiri keçirilib

31 dekabr 2014 | 16:00

Qədim  tarixə malik Yeni il bayramı dünyanın əksər ölkələrində ənənəvi şəkildə qeyd olunur. Miladi təqvimlə köhnə ilin arxada qalmasını bayram edən insanlar, yeni ilin daha xoş keçəcəyinə inanaraq bayramda şənlənirlər. Bu bayram İsmayıllıda da möhtəşəm keçirilib.
Belə ki, 31 dekabrda axşam saatlarından başlayaraq şənliyə qatılanlar rəngarəng işıqlarla bəzədilmiş yolkanın ətrafında bayram sevinclərini bölüşüblər. At  ilini yola salanlar Şaxta baba, Qar qız və nağıl qəhrəmanları ilə şəkillər çəkdirib, musiqi sədaları altında rəqs ediblər.
At ilinin öz yerini Qoyun ilinə verəcəyi dəqiqələrdə, illərin qovuşduğu anda möhtəşəm atəşfəşanlıq olub. Rayon sakinləri bu yeni ili xoş və sevinclə qarşılayıblar.

Keçidlər