Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil müəssisələrində ardıcıl tədbirlər

16 yanvar 2015 | 16:00

Xalqımızın yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin iyirmi beş illiyi ilə əlaqədar Azərbaycan Təhsil Naziri Mikayıl Cabbarovun 06 yanvar 2015-ci il tarixli 08 nömrəli əmri və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun 08 yanvar 2015-ci il tarixli 04 nömrəli sərəncamına əsasən İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planı hazırlanmış və tədbirlər ardıcıl olaraq həyata keçirilir.
         Təhsil müəssisələrində “20 Yanvar tarixi faciəmizdir” mövzusunda söhbətlər və mühazirələr təşkil edilmiş, divar qəzetlərinin xüsusi nömrələri, bülletenlər buraxılmış, stendlər və guşələr yaradılmışdır.
         Uşaq yaradıcılıq mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı musiqili ədəbi gecə, “20 Yanvar – Qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsi, “20 Yanvar – Şəhidliyin uca zirvəsi” mövzusunda inşa yazı, uşaq bağçaları üzrə vətənpərvərlik mövzusuna həsr olunmuş şeir müsabiqələri keçirilmişdir.
        Bütün təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş  xüsusi dərslər keçilmişdir.
       Tədbirlərdən əvvəl  Şəhidlər xiyabanına şagird və müəllimlərin ziyarəti təşkil olunmuşdur.
        İsmayıllı Rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 25 illiyi münasibətilə tədbirlər planına uyğun olaraq Uşaq Yaradıcılıq Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda musiqili ədəbi-bədii tədbir keçirilmişdir.
    Əvvəlcə RTŞ-nin müdiri Rasim Orucov çıxış edərək xalqımızın yaddaşında əbədi iz salmış bu faciənin mahiyyətini şərh etmişdir.
   Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Məktəblilərin hazırladıqları, məqsədi vətənpərvərlik tərbiyəsinə yönəlmiş ədəbi-bədii kompozisiya, səslənən vətənpərvərlik mahnıları hamı tərəfindən hərarətlə qarşılanmışdır.

Keçidlər