Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsinə həsr olunmuş Cüdo üzrə idman turniri

19 yanvar 2015 | 16:00

19 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Gənclər və İdman idarəsi Regional Cüdo Mərkəzi ilə birgə 20 yanvar şəhidlərinin və Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirmişdir.
       Yarışlardan əvvəl şəhidin anası Əsmər İsmayılova çıxış edib Rafiqin  xatirəsini əziz  tutanlara razılığını bildirmiş, oğlunun həyat yolundan gənclərə nümunə olaraq danışmışdır.
        Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov 20 yanvar faciəsinin  xalqımıza gətirdiyi mərhumiyyətlərdən, bu qanlı aksiyanın Azərbaycan tarixinin şanlı səhifəyə  çevrilməsindən danışmış, idmançılara uğurlar arzulamışdır.
         Regional Cüdo mərkəzinin direktor əvəzi, cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov 20 yanvar və Qarabağ şəhidlərinin xatirələrinin əziz tutulmasından, tanınmış şəhid idmançıların xatirəsinə həsr olunmuş turnirlərdən, idmanın kütləviliyində  həmin turnirlərin böyük əhəmiyyət kəsb etməsindən danışmışdır.
       70 nəfər idmançının iştirak etdiyi Cüdo üzrə xatirə turnirində yarışlar gərgin keçmişdir. Uğur qazananlar  sırasında cüdoçu qızlar da vardı.

Keçidlər