Şriftin ölçüsü :

Saytın rəngi :

Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabı

23 yanvar 2015 | 16:00

Yaxın günlərdə el ağsaqqalı, yazıçı-publisist, “Metodist müəllim”, “Təhsil əlaçısı”, “Qabaqcıl maarif xadimi” Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabı çapdan çıxmışdır. Müəllifin müxtəlif dövrlərdə dərc etdirdiyi iki əsəri – “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik etüdlər toplusu və “Yaşamaq elmi” povesti kitabda əks etdirilmişdir.
“Basqal və basqallılar” kitabında Basqal əhalisinin qədim zamanlardan indiyədək qoruyub saxladığı adət-ənənələrdən, dəyərlərdən, keçirilən bayram və dini mərasimlərdən geniş danışılır, qədim sənət növlərindən – ipəkçiliyin, dəmirçiliyin, dabbağlığın və digər sənət növlərinin qismən də olsa qorunub saxlanıldığı qabardılır.
Əsərin böyük bir hissəsi M.Hüseynovun yerlilərinə -  aralarında ziyalıların - dövlət, elm, maarif, mədəniyyət və incəsənət xadimlərinin olduğu Basqalın görkəmli nümayəndələrinin keçdiyi həyat yoluna həsr olunub.

Keçidlər