Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər gününə həsr olunmuş futbol yarışı

30 yanvar 2015 | 16:00

2 fevral Azərbaycan Gəncləri günü münasibətilə Rayon Gənclər və İdman idarəsi idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon çempionatı keçirmişdir.
Olimpiya İdman Kompleksinin bazasında keçirilən çempionatda 12 komanda iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda “12 saylı Yol Yaşıllaşdırma” MMC birinci, “İsmayıllı Tikinti-27” MMC ikinci və “Şato-monolit” şirkətinin komandası üçüncü yeri tutmuşdur.
Qaliblərə Gənclər və İdman idarəsinin kubok və diplomları verilmişdir.

Keçidlər