Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondunun növbəti mühazirələri .

02 fevral 2015 | 16:00

Fevralın 2-də “Qardaşlaşmış məktəblər” layihəsinin  “İlboyu bilik” proqramı çərçivəsində “Mütaliənin  yeniyetmələrin və gənclərin  həyatında rolu” mövzusunda Heydər Əliyev Mərkəzində mühazirələr dinlənildi.
        Tədbiri giriş sözü ilə Bilik Fondu İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açdı və Fondunun həyata keçirdiyi layihələr barədə danışdı.
        Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  nümayəndəsi Xatirə Hüseynova Fondun ölkə əhalisinin elmi-texniki, ictimai- siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi, dini dəyərləri təbliğ etmək məqsədilə yaradıldığını, Fondun 6 ay ərzində gördüyü işləri diqqətə çatdırdı..
       Filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova “Mütaliənin yeniyetmələrin və gənclərin həyatında rolu” mövzusunda məruzə etdi.
       RİH-nin nümayəndəsi M.Məhərrəmov qonaqları və tədbirə toplaşanları rayon rəhbərliyi adından salamladı və fondun həyata keçirdiyi layihələrin gənclərin intellektual səviyyəsinin yüksəldilməsindəki, istedadlı gənclərin aşkarlanmasındakı, azərbaycançılıq məfkurəsinin formalaşmasındakı  rolu və bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər barədə məlumat verdi.
        Şəhər 5 saylı tam orta məktəbin müəllimi Yasəmən Ağayeva, 1 saylı məktəbin şagirdi Nəzrin Səlimzadə mütaliənin rolu barədə danışdılar. Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgidə nümayiş etdirildi.

Keçidlər