Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirildi.

07 fevral 2015 | 16:00

Fevralın 7-də İsmayıllı rayonunda Mübariz İbrahimovun doğum günü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbir “Şəhidlər Xiyabanına”  yürüşlə başlanıldı. Yürüşdə ictimaiyyət nümayəndələri ilə  yanaşı gənclər, yuxarı sinif şagirdləri də iştirak edirdilər.Yürüş iştirakçıları abidə kompleksinə və şəhid məzarlarına tər çiçəklər düzdülər.
     Milli Qəhrəmanın  doğum günü il bağlı anım mərasimi  rayon uşaq kitabxabnasının zalında davam etdirildi. Tədbir iştirakçıları  igidliyi, cəsarəti və qorxmazlığı ilə düşmən qəlbinə xof salan Mübariz İbrahimovun  qəhrəmanlığını əks etdirən sərgiyə baxıldılar. Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəblilər onun qəhrəmanlığını əks etdirən şeirlər söylədilər. Mərasimdə  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparat işçiləri, təhsil, mədəniyyət və gənclər təşkilatının nümayəndələri,   ümumtəhsil məktəblərinin müəllim  və şagird kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Mərasimdə Mübariz İbrahimovun qəhrəmanlığından, vətənə olan məhəbbətindən söz açıldı, onun döyüş yolunu əks etdirən film nümayiş etdirildi.

Keçidlər