Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş idman yarışı keçirilmişdir.

23 fevral 2015 | 16:00

22.02.2015- ci il tarixində İsmayıllı rayon Gənclər və İdman idarəsi
Olimpiya İdman Kompleksində Xocalı soyqiriminin 23-cü il dönümünə həsr
olunmuş Universal Döyüş növü üzrə açıq rayon birinciliyi keçirmişdir.Şəki
Qəbələ və İsmayıllı rayonlarindan ümumilikdə 8 klubun iştirakı ilə
keçirilən yarışda 55 nəfər idmançı iştirak etmişdir.
Xocalıda həlak olan həmyerlilərimizin xatirəsi  bir dəqiqəlik
sukutla yad edildikdən sora İsmayıllı rayon Gənclər və İdman idarəsinin
rəisi Taleh Salehov  çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən
26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində
yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə
silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd
tərəfdən düşmən qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya
artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir
vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür.
Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən  yerlə yeksan edilmişdir.
Yarışın sonunda hər cəki üzrə I,II,III yeri tutan idmançılara  İsmayıllı
rayon Gənclər və İdman idarəsi diplom və qiymətli hədiyələri təqdim olundu.

Keçidlər