Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 23-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir.

23 fevral 2015 | 16:00

20-22.02.2015- ci il tarixində İsmayıllı rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər Şahmat məktəbində Xocalı soyqiriminin 23-cü il dönümünə həsr olunmuş Şahmat üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışda 2 yaş qrupu üzrə 50 nəfər şahmatçı iştirak edib.
Əvvəlcə Xocalıda həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və Uşaq Gənclər Şahmat məktəbinin direktoru Nadir Hacıyev çıxış edərək Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən danışıb. Tökülən qanın yerdə qalmayacağı vurğulanıb. Daha sonra yarışa start verilib
Yarışın sonunda hər yaş qrupu üzrə I,II,III yeri tutan şahmatçılara İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.

Keçidlər