Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

28 fevral 2015 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16.01.2014-cü il il tarixli 221 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır.

Növbəti yarmarka 28 fevral 2015-ci il tarixdə İsmayıllı şəhəri “Qala divarları”nın önündə keçirildi. Yarmarkada rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçıları, eləcə də Nikitin adına kolxozun məhsulları satışa çıxarılmışdır. Meyvə-tərəvəz, ət, süd, yağ, pendir, xama, arpa, buğda və digər məhsulların bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılanmışdır.

Keçidlər