Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri

06 mart 2015 | 16:00

6 mart 2015-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri  ilk olaraq  Rayon İcra Hakimiyyətinin  akt zalında  oldu. Fəal qadınlara rayon icra hakimiyyətinin hədiyyələri və təşəkkürnamələri təqdim olundu.
Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. 200 nəfərə qədər İsmayıllı xanımının iştirak etdiyi bayram tədbirini rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov açdı.
O, cəmiyyətdə və ailədə qadınların rolundan danışdı, onların ictimai həyata , ailəyə mənəvi dayaq olduqlarını söylədi. Mirdaməd müəllim   vurğuladı ki,  ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.
Tədbirdə rayonun ictimai-mədəni həyatında fərqlənən qadınlara təşəkkürnamələr və hədiyyələr təqdim edilmişdir.
Bədii hissə ilə davam edən bayram tədbirində “Niyal” ansamblının üzvləri mahnılar ifa etdilər. Toğrul Qasımovun ifasında Tofiq Bayramın “Qadın ürəyi” şeiri səsləndirdi. Həmçinin İsmayıllı rayon sakini modelyer Sülhiyyə Kamilovanın moda kolleksiyası nümayiş etdirildi.

2 nömrəli uşaq bağçasının  fidanlarının ifa etdikləri şeir və rəqslər  iştirakçılar tərəfindən böyük maraqla qarşıladı.

Keçidlər