Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində çərşənbə bayramı

10 mart 2015 | 16:00

Rayon İcra Hakimiyyətinin təşəbbüsü  Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İlaxır çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi Mərkəzdə qeyd olundu. Tədbirdə həmçinin Rayon İcra Hakimiyyəti  başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Uşaq İncəsənət Məktəbinin müəllimi Ceyran Məmmədova və media nümayəndələri iştirak edirdilər.
      Tədbirdə uşaq bağçalarından gələn körpələr, Heydər Əliyev Mərkəzinin nəzdindəki məktəbəqədər hazırlıq kursunun şagirdləri müxtəlif səhnəciklər və rəqslər nümayiş etdirdilər. Həmçinin müxtəlif viktorinalar keçirildi, fəal iştirakçılara hədiyyələr təqdim olundu.

Keçidlər