Şriftin ölçüsü :

Saytın rəngi :

Amerkanın “Break of Reality” musiqi simli kvarteti İsmayıllıda

12 mart 2015 | 16:00

Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə mütəmadi olaraq mədəniyyət proqramları həyata keçirilir. Bunun üçün  musiqi  kollektivlərinin  mübadiləsi  əsasında hər iki ölkədə  konsertlər təşkil olunur. 2015-ci il mart ayının  10-dan 18-dək Azərbaycanda səfərdə olan  Amerkanın  “Break of Reality”  musiqi simli kvarteti 12 mart 2015-ci il tarixdə  İsmayıllıya gəlmiş, ictimaiyyət üçün  tam açıq olan konsert vermişdir.  İsmayıllı rayon icra hakimiyyəti konsertin  yüksək səviyyədə  keçirilməsi üçün qabaqcadan  bütün təşkilatı tədbirləri görmüş, lazımi şərait yaratmışdı.
    “Gənclər mərkəzi”nin tamaşa  zalında baş  tutan konsertdə 400-ə qədər  gənc iştirak edib. Məmnuniyyətlə konsertdə  iştirak edənlər növbəti şənliyə gəlmək üçün sevinərək mərkəzdən getdilər.
       Rayon İcra hakimiyyətinin rəhbərliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinə, simli kvartetin üzvlərinə  konsertə görə təşəkkür etdi.

Keçidlər