Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilmişdir

13 mart 2015 | 16:00

Martın 13-də İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan yaşayış məntəqələrinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, ümumilikdə 105 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12730 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 105 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər