Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ağacəkmə kompaniyası davam edir

14 mart 2015 | 16:00

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonun idarə və təşkilatları, eləcə də bələdiyyələr tərəfindən mart ayından etibarən rayon ərazisində ağacəkmə kompaniyasına başlanılmışdır. Bu günədək rayon üzrə cəmi 6440 ədəd ağac əkilmişdir.
14 mart 2015-ci il tarixdə İsmayıll-Muğanlı avtomagistral yolunun 30-40 km-də, eləcə də bələdiyyələrin ərazilərində 2150 ədəd yerli şəraitə uyğun cökə, göyrüş, ağcaqayın, akasiya, çinar, qovaq və s. ağaclar əkildi. Əkilmiş ağacların suvarılması təşkil edildi və mühafizə edilib saxlanılması məqsədilə idarə və təşkilatlara təhkim edildi.

Keçidlər