Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Peşə Tədris Mərkəzində  Monitorinq keçirili...

    Peşə Tədris Mərkəzində Monitorinq keçirilib.

    2017-10-06

    6 noyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili Üzrə Dövlət Agentliyi və Avropa İttifaqının Təhsilə Dəstək Proqramı çərçivəsində monitorinqi keçirilib.

  • Narkomanlığa və narkotik Vasitələrin qanunsuz...

    Narkomanlığa və narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı “dəyirmi masa” təşkil edilmişdir

    2017-10-06

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu oktyabrın 6-da İsmayıllı rayonunda “dəyirmi masa” təşkil etmişdir.

  • İsmayıllıda Beynəlxalq Müəllim günü qeyd e...

    İsmayıllıda Beynəlxalq Müəllim günü qeyd edilib.

    2017-10-05

    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qabaqcıl və veteran müəllimləri təbrik edərək bildirilib ki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • Elan

    Elan

    2017-10-03

    İsmayıllı rayon sakinlərinin diqqətinə! 03 oktyabr 2017-cı il tarixdə qaz xətlərində təmir ilə əlaqədar olaraq 1 saylı İsmayıllı QPS-da (12:00-14:00) və 5 saylı Talıstan QPS-da (14:00-16:00) qaz verilişində məhdudiyyətlər yaranacaqdır.

  • İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd ed...

    İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd edilib

    2017-09-30

    30 sentyabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı və DSMF İsmayıllı rayon şöbəsinin iştirakı ilə 1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə rayonunun ictimai-siyasi həyatında rolu olmuş ahıllar ziyatət olunub.

  • “Ənənəvi dindarlıq və radikalizm”mövzusu...

    “Ənənəvi dindarlıq və radikalizm”mövzusunda tədbir

    2017-09-30

    Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • İdmançılarımız qələbə ilə qayıdıblar

    İdmançılarımız qələbə ilə qayıdıblar

    2017-09-28

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində Budo döyüş növü üzrə açıq dünya çempionatı keçirilmişdir. Həmin yarışda İsmayıllı rayonundan məşqçi-müəllim Qəhramanov Bayram və onun tələbələri-Əsgərov Eçqin, Şabanlı Nuray, Əkbərova Ləman, Məmmədov Tahir və Səlimov Qadir uğurla çıxış edərək hər biri fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüblər.

  • YAP  İsmayıllı  rayon təşkilatı “Gələcə...

    YAP İsmayıllı rayon təşkilatı “Gələcək gənclərə məxsusdur” mövzusunda tədbir keçirib.

    2017-09-28

    Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibət ilə YAP İsmayıllı rayon təşkilatı sentyabrın 28-də “Gələcək gənclərə məxsusdur” mövzusunda tədbir keçirib.

  • “Turizm işçiləri günü” peşə bayramı qe...

    “Turizm işçiləri günü” peşə bayramı qeyd olunub.

    2017-09-27

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində “Turizm işçiləri günü” peşə bayramı qeyd olunub. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

  • “Heydər Əliyev və milli-mənəvi dəyərləri...

    “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məşğələ

    2017-09-26

    İsmayıllı şəhər uşaq kitabxanasının akt zalında Heydər Əliyev idarəetmə məktəbinin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda növbəti məşğələsi keçirilib. Məşğələdə dini icma sədrləri, dini ayinlərin icraçıları, ümumtəhsil məktəbləri direktorlarının müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.

  • "Dünyəvi dövlətdə din: Azərbaycan model...

    "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

    2017-09-23

    İsmayıllı rayonu Diyallı kəndində "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

  • İsmayıllı RİH-nin başçısı və Millət vək...

    İsmayıllı RİH-nin başçısı və Millət vəkili Mücü və Xankəndində qəbul keçiriblər

    2017-09-21

    Hər bir kənddə, qəsəbədə, İsmayıllı şəhərinin hər bir məhləsində müntəzəm görüş-qəbullar keçirən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov 21 sentyabr 2017-ci il tarixdə Mücü və Xankəndi kəndlərində olublar.

  • Mədəniyyət və turizm sistemində çalışanlar...

    Mədəniyyət və turizm sistemində çalışanların rayon toplantısı keçirilib

    2017-09-21

    21 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev mərkəzində Mədəniyyət və turizm sistemində çalışan işçilərin ümumrayon toplantısı keçirilib. Kitabxanaçıların, yaradıcılıq mərkəzləri və klubların, şəhər mədəniyyət mərkəzi işçilərinin, İƏD-lər üzrə nümayəndələrin iştirak etdiyi toplantını giriş nitqi ilə açan İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov mövcud durumu dərindən təhlil edib, islahatların, ixtisarların aparılmasında qanunun, insan hüquqlarının gözlənilməsinin zəruriliyini qeyd edib.

  • “Narkomaniyaya qarşı mübarizə” mövzusunda...

    “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

    2017-09-20

    20 sentyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb liseyin iclas zalında “Narkomaniyaya qarşı mübarizə” mövzusunda məktəblilərlə maarifləndirici tədbir keçirilib.

  • Tircan kəndində qəbul

    Tircan kəndində qəbul

    2017-09-18

    Tarixi qədim, bu günü abad olan Tircan kəndi rayonun aqrar inkişafında əhəmiyyətli yer tutur. Rayon icra hakimiyyətinin rəhbərliyi buranın fəaliyyət prosesində yaranan problemlərinin vaxtında həlli üçün ardıcıl olaraq təminat yaradır. 18 sentyabr 2017-ci il tarixdə Tircan İƏD-in inzibati binasında keçirilən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun Tircan kəndində keçirdiyi qəbul da bu məqsəddən irəli gəlirdi.

  • Beynəlxalq esse müsabiqəsinin qalibləri İsmay...

    Beynəlxalq esse müsabiqəsinin qalibləri İsmayıllıda

    2017-09-18

    18 senytabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İslam Həmrəyliyi İli çərçivəsində islam ölkələri gənclərlərinin arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərinin İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfərləri oldu.

  • İsmayıllıda “Heydər Əliyev   “İslam Həm...

    İsmayıllıda “Heydər Əliyev “İslam Həmrəyliyi” ideologiyasının banisidir” mövzusunda tədbir

    2017-09-16

    Heydər Əliyev mərkəzində “Heydər Əliyev “İslam Həmrəyliyi” ideologiyasının banisidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, “İslam Həmrəyliyi ili” çərçivəsində bu il rayonda məzmunca zəngin, formaca müxtəlif tədbirlər keçirilib.

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya Ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”

    2017-09-15

    İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “Bilik günü”nü əsaslı surətdə təmir olunmuş, təlimin təşkili tələblərinə uyğun təchiz olunmuş, dövlət təhsil siyasəti və ideologiyası əsasında tərtib edilmiş binanın önündə qarşılayıb.

  • Gənc müəllimlərin RİH-nin rəhbərliyi ilə g...

    Gənc müəllimlərin RİH-nin rəhbərliyi ilə görüşü və andiçmə mərasimi

    2017-09-14

    İsmayıllı rayonunun ümumtəhsil məktəbləri uğurlarını ilbəil artırır. Bu işdə pedaqoji kontingentin tərkibini hər il zənginləşdirən gənc müəllimlərin də fəal iştirakı əhəmiyyətli rol oynayır.

  • “ İlk Tibbi Yardım günü” ilə əlaqədar t...

    “ İlk Tibbi Yardım günü” ilə əlaqədar tədbir keçirildi

    2017-09-14

    14 sentyabr 2017-ci il tarixdə Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Qızıl Aypara Cəmiyyəti Prezidentinin müşaviri Elşən Səlimzadə, rayonun idarə və müəssisələrində çalışan işçilər və məktəblilər iştirak edib.

  • Yeni bir xeyirxah əməl

    Yeni bir xeyirxah əməl

    2017-09-12

    İsmayıllı Rayon İcra Hakimiyyəti müntəzəm olaraq müxtəlif forma və məzmunlu humanitar aksiyalar keçirir, ehtiyaclı ailələri və onların məktəbli uşaqlarını diqqətdə saxlayır, sosial həyatları və fəaliyyətlərinə dəstəkçi olur.

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci yeni dərs ilinə hazırdır

    2017-09-12

    Hələlik müstəqil binası olmayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci istifadə olunmayan səhiyyə obyektində mövcud qanunçuluq əsasında yerləşib. Indiyədək bina təlimin təşkili üçün uyğunlaşdırılmamışdı. Azərbaycan Respublikası Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra hakimiyyətinin birgə dəstəyi ilə Kollecin binasında əsaslı təmir işləri aparılıb, auditoriyalar, foyelər tədris prosesinin tələblərinə uyğun tərtib olunub.

  • İdmançılarımız qaliblər sırasında

    İdmançılarımız qaliblər sırasında

    2017-09-12

    11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Milli Paralimpiya İdman Kompleksində kişilər arasında Pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

  • “Mənim Ailəm” Beynəlxalq Festivalında III ...

    “Mənim Ailəm” Beynəlxalq Festivalında III yer

    2017-09-11

    28-31 avqust 2017-ci il tarixlərdə Gənclər Paytaxtı Balakən şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən “Mənim ailəm” Beynəlxalq Gənclər Festivalı keçirilmişdir. 8 ölkədən 16 ailənin iştirak etdiyi festival 4 mərhələdən ibarət idi. Mətbəx, İdman, intellektual bilik yarışması”Xəmsə” və Yaradıcılıq.

  • Qurbanəfəndi kəndində “Dini radikalizmlə m...

    Qurbanəfəndi kəndində “Dini radikalizmlə mübarizədə İslam həmrəyliyi vasitə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

    2017-09-11

    Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

əvvəlki [8] növbəti