Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Tədris Mərkəzində bayram

17 mart 2015 | 16:00

17 mart 2015-ci il tarixdə  İsmayıllı rayon Peşə Tədriz Mərkəzində ilin axır çərşənbəsi olan torpaq çərşənbəsi  mərkəzin tələbələrinin hazırladığı konsert proqramı, meydan oyunları  və novruzun atributları olan Kosa - Keçəlin iştirakı   ilə qeyd olunmuş, milli rəqslər, bahar ruhlu mahnılar ifa olunmuşdur.
        Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də iştirak etmişdir. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək  bayram münasibətilə Peşə Tədrisi Mərkəzinin müəllim və şagird kollektivini təbrik etmişlər.

Keçidlər