Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlər üçün maarifləndirici təlimlər keçirildi

08 aprel 2015 | 15:00

8 aprel 2015-ci il tarixdə  “Qala” şadlıq sarayında “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi “Yeni Həyat”  Humanitar və Sosial Dayaq İctimai Birliyi ilə birgə “Məktəblilərin Media Akademiyası” və “Gənclərin fəlsəfə Məktəbi” mövzusunda təlim keçirdi. Təlimdə Rayon İcra Hakimiyyəti başçının müavini Sevil Əhmədova, İctimai Birliklərin sədrləri Nailə İsmayılova, Səbinə Abbasova, Rayon Gənclər İdman idarəsinin rəisi Taleh Salehov, Rayon Təhsil şöbəsinin metodisti Vəfa Ağayeva, həmçinin 9-10-cu sinif şagirdləri də iştirak ediblər.
             Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərdə müasir dünyagörüşün formalaşmasına çalışmaq, onları gələcəkdə qarşılaşacaqları problemlərə hazırlıqlı vəziyyətə gətirmək və rayonda yaşayan məktəbli uşaq və gənclərin internetdən düzgün istifadəsi yönümündə geniş maarifləndirmə işini həyata keçirməkdir.

Keçidlər