Şriftin ölçüsü :

Saytın rəngi :

"Voleybol" idman növü üzrə rayon birinciliyi keçirilib

10 aprel 2015 | 15:00

10 aprel 2015-ci il tarixdə Böyük Vətən Müharibəsinin 70-ci ildönümü ilə əlaqədar İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə  İsmayıllı şəhər 3 saylı məktəb liseyində məktəblilər arasında "Voleybol" idman növü üzrə rayon birinciliyi keçirilib.
      Tədbiri ilk olaraq Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı və yarış iştirakçılarına uğurlar arzuladı.
      Yarışda 6 komanda iştirak etmişdir. 1-ci yerə şəhər 3 saylı məktəb liseyi, 2-ci yerə şəhər 5 saylı tam orta məktəb,3-cü yerə isə şəhər 6 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür.Yarışın qalibləri İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Keçidlər