Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

10 aprel 2015 | 15:00

10 aprel 2015-ci il tarixdə  saat Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. RİHB-nın birinci müavini Rövşən Ağayev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərlə müşavirə iştirakçılarını tanış etdi. Natiq etik davranış qaydaları haqqında, daha sonra nümayəndəliklərin fəaliyyətində mövcud olan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışdı.
RİH-nin Əİ və YÖİO ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov Dövlət Qulluqçularının qiymətləndirilməsi barədə cıxış edərək nümayəndəlikdə calışan dövlət qulluqçularına verilən tapşırıqların icrası və üzərlərinə düşən vəzifələrin icrasının yerinə yeriliməsinin qiymətləndirmə vaxtı nəzərə alınacağını vurğuladı. O, nümayəndələrin müavinlərini maraqlandıran suallara cavab verdi. Daha sonra R.Səmədov vətəndaşların müraciətlərinə baxılması, nümayəndəliklərdə karguzarlıq işlərinin aparılması, hər kəsin üzərinə düşən vəzifələri məsuliyyətlə və layiqincə icra etməsi və nümayəndəliklərin fəaliyyəti barədə bir sıra təklif və tovsiyə verərərk nümayəndəliklərdə sənədləşmə işlərinə diqqətin artırılmasını qeyd etdi.
Rayon Statistika idarəsinin müdir müavini Daşdəmir Məmmədov çıxış edərək İƏD üzrə nümayəndəliklərdə yaşayış evləri üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin uçotunun aparılması barədə təlimatın ayrı-ayrı bəndləri haqqında İƏD üzrə nümayəndələrin müavinlərinə izahat verdi.

Keçidlər