Şriftin ölçüsü :

Saytın rəngi :

İstisu kənd məktəbliləri İsmayıllını Şəki şəhərində təmsil edəcəklər

14 aprel 2015 | 15:00

14 aprel 2015 ci il tarixində “Qalacıq” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Təhsil , Gənclər və İdman Nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq sərhədyanı kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında “Sərhəd” hərbi idman oyunlarının rayon birinciliyinə start verildi. Oyunun keçirilməsində məqsəd gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədci peşəsinə marağı artırmaq, hərbi vətənpərvərlik işinin yüksəldilməsi olmuşdur.
Yarışlara Şəki şəhəri “N” hərbi hissənin əməkdaşları mayor Əhməd Yusifov, kapitan Elçin Novruzov, Qalacıq kənd zastava rəisi leytenant Əlisoy Türkel , RTŞ-nin metodisti İlham Vahabov, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Abbasov tərəfindən hakimlik edildi.
Sıra hazırlığı, süni nəzarət iz zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrində gizlədilmiş əşyaların tapılması, avtomatın sökülüb yığılması, maneələrin dəf olunması, maskalanma, yaralıya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi bölmələrinin yekun nəticələrinə görə İstisu kənd tam orta məktəbinin komandası I yerə çıxaraq may ayında Şəki şəhərində zona yarışlarında İsmayıllı rayonunu təmsil edəcəkdir.

Keçidlər