Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində iməcilik keçirildi

18 aprel 2015 | 15:00

18 aprel 2015-ci il tarixdə rayon ərazisində növbəti iməcilik keçirildi. İməcilikdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, inzibati ərazi üzrə nümayəndəliklər və bələdiyyələr iştirak edirdi.
Gün ərzində rayonun ərazisindən keçən avtomobil yolunun ətrafındakı ağacların gövdələri ağardıldı və yeni ağaclar əkildi. Ağartma işlərində Talıstan, Diyallı, Təzəkənd, Tircan, Cülyan, Xanagah inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr, ağacəkmə işlərində isə “Finca” BOKT MMC-nin İsmayıllı filialı xüsusilə fərqlənmişlər. Filial tərəfindən Muğanlı-İsmayıllı avtomobil yolunun Diyallı ərazisindən keçən hissəsində gün ərzində 150 ədəd Eldar şamı əkildi və suvarıldı.

Keçidlər