Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiada qalibləri ilə görüş

23 aprel 2015 | 15:00

18-20 aprel 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən fənn olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlərimizdən 5 nəfəri qaliblər sırasında yer tutmuş, gümüş və bürünc medallar qazanmışlar. Xankənd tam orta məktəbin IX sinif şagirdi Məmmədova Cəmilə Vüqar qızı (fənn müəllimi Adıgözəlov Rauf Elxan oğlu) coğrafiya fənni üzrə gümüş,  Cülyan kənd tam orta məktəbin X sinif şagirdi Ağayev Taleh Xatir oğlu (fənn müəllimi Şabanov İxtiyar Seyfəddin oğlu) tarix fənni üzrə gümüş, Şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Lətifov Ağalətif İsaq oğlu (fənn müəllimi Babayev Elvüsal İlyas oğlu) biologiya fənni üzrə bürünc, Şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Məmmədli Ülvi Ramiz oğlu (fənn müəllimi Orucova Şəfəq Fəxrəddin qızı) tarix fənni üzrə bürünc, Lahıc qəsəbə tam orta məktəbin IX sinif şagirdi Cəbrayılov Vahab Fuad oğlu ( fənn müəllimi Haqverdili Hikmət Ağaməmməd oğlu) riyaziyyat fənni üzrə bürünc medala layiq görülmüşlər. 
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov olimpiadada nailiyyət qazanmış şagirdlərlə görüşüb, ölkə rəhbəri cənab İlham Əliyevin təhsil sistemin inkişafı ilə bağlı gördüyü işlərdən, bu sahəyə dövlətin qayğısından danışıb. Qaliblərə gələcəkdə daha yüksək uğurlar arzulayan M.Sadıqov onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Keçidlər