Şriftin ölçüsü :

Saytın rəngi :

www.gotoismailli.az Turizm portalının təqdimatı

25 aprel 2015 | 15:00

25 aprel 2015 –ci il tarixdə İsmayıllı Rayon Uşaq Kitabxanasında İsmayıllı Turizm Portalının  təqdimat mərasimi keçirildi.
Təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov,  RİH-nin məsul işçiləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Rabitə və Yüksək  Texnalogiyalar Nazirliklərinin əməkdaşları, aid idarə-müəssisə rəhbərləri, rayonda  fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri  iştirak edib. 
Tədbiri giriş sözü ilə RİHB-nin müavini Sevil Əhmədova açaraq qonaqları salamladı və layihə icraçılarına uğurlar arzuladı.
        Portalın təqdimatını layihənin rəhbəri Emin Sadıqov təqdim edərək elektron portalda rayonun turizm potensialı tam əks etdirildiyini, rayonda olan turizm üçün  əlverişli ərazilərin, turizm obyektlərinin, tarixi və mədəniyyət abidələrinin, sənətkarlıq nümunələri və rayonda  istehsal olunan məhsullar haqqında ətraflı məlumat olduğu barədə  tədbir iştirakçılarına məlumat verdi.
Təqdimatdan sonra RİH başçısı Mirdaməd Sadıqov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı İsmayıllıda turizmin inkişafı ilə bağlı verdiyi tövsiyələr əsasında  həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq  respublika rayonları içərisində elektron turizm portalının ilk dəfə İsmayıllı rayonunda yaradılmasını  vurğuladı.

Keçidlər