Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol yarışları davam edir

30 aprel 2015 | 15:00

29 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı rayon Hacıhətəmli kənd stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon turnirinin növbəti oyununu keçirdi. Oyundan öncə rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək futbolçuları salamladı, turnir iştirakçılarına uğur arzuladı.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Hacıhətəmli oğlanları” və “Hacihətəmli1” komandalarının qarşılaşmasında oyun 0:1 hesabı ilə “Hacihətəmli1” komandasının xeyrinə başa çatmışdır.

Keçidlər