Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin – 92. Silsilə tədbirlər

03 may 2015 | 15:00

03 may 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı Olimpiya İdman Kompleksi ilə birgə velosiped və motosiklet yürüşü təşkil etdi.Yürüşdə 8 motesikletçi və 25 velosipedçi iştirak edirdi. Yürüş Olimpiya İdman Komleksindən start götürdü və şəhərin mərkəzində Heydər Əliyevin abidəsi önündə yekunlaşdı.
*****
4 may 2015 - ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirmişdir.
Tərkibi iki oğlan və iki qız olmaqla 7 komandanın qatıldığı yarışda l yerə şəhər 5 saylı tam orta məktəb, ll yerə şəhər 1 saylı tam orta məktəb, lll yerə isə Təzəkənd kənd tam orta məktəbi layiq görüldü.
****
1 may 2015 - ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında Atletika üzrə rayon birinciliyi keçirmişdir. Hər komandanın tərkibində ikisi oğlan, ikisi qız olmaqla 4 nəfər iştirak edirdi.  8 komandanın qatıldığı yarışda qızlar 100 m, 200 m və 500 m məsafəyə, oğlanlar isə 100 m, 200 m və 800 m məsafəyə qaçış üzrə mübarizə apardılar. Qaliblər Spartakiadanın sonunda mükafatlanacaqdır.

Keçidlər