Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin”lərimiz Respublikada üçüncü oldu

11 may 2015 | 15:00

Azərbaycan Respublikasi Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə 10 may 2015-ci il tarixdə Cəmşid Naxcıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçirilmişdir.Yarışdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Yarışda funala vəsiqə qazanmış Respublikanın müxtəlif şəhər və ratonlarından 19 komanda iştirak edirdi.
Yarışda Bakının Xətai rayonu I, Bakının Nizami rayonu II və İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbin komandası III yeri qazanmışdır. İsmayıllı komandası kənd rayonları komandaları arasında I yerə layiq görülmüşdür.
Qaliblərə Gənclər və İdman nazirliyinin diplomları, kubokları və qiymətli hədiyyələri verilmişdir.
İsmayıllı “Şahin”lərinin bu qələbəsi son illərin ən yüksək nəticəsidir.

Keçidlər