Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyalı qonaqlar İsmayıllıda

11 may 2015 | 15:00

May ayının 11-də dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi və nümayəndə heyəti İsmayıllı rayonuna səfər edib. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, doğma Azərbaycanımızın xəritə və bayrağının güllərdən ibarət əl işləmələri, görünüşü və ifadəliliyi ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalara baxıblar. Bir-birindən maraqlı kompozisiyalar, portretlər onların böyük marağına səbəb olub. Qonaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkın ərazisində yapon mütəxəssisləri tərəfindən salınan 1500 kvadratmetr sahəni əhatə edən "Yapon bağı" nı gəziblər. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkələrimiz arasında formalaşan dostluq münasibətlərindən, onun tarixi köklərindən danışaraq qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hər iki ölkə üçün səmərəli olan ikitərəfli münasibətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində yeni mərhələyə yüksəlib. Nümayəndə heyətinə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, regionun turizm, kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib. İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalandığını bildirilib.

Keçidlər