Şriftin ölçüsü :

Saytın rəngi :

“Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” kitabı

15 may 2015 | 15:00

15 may 2015-ci il tarixdə Rayon Mədəniyyət Mərkəzində yazıçı-publisist Məmmədmirzə Rzayevin yeni nəşr olunmuş “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” kitabının təqdimat mərasimi keçirildi.
      Tədbirin aparıcısı, şair Maarif Soltan giriş sözü ilə müəllif və kitab haqqında məlumat verdi. Qeyd olundu ki, bu kitab tarixi-etnoqrafik bir toplu olmaqla, özündə olmuş əhvalatları, lətifələri, rəvayətləri əks etdirən folklor nümunəsidir.
       Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, jurnalist Lətifə Əliyeva, Bəybala Babayev, “Dağ çiçəkləri” ədəbi məclisinin  fəal üzvləri Hacıməmməd Məmmədov, Xalıq Yusifoğlu çıxış edərək ürək sözlərini ifadə etdilər, müəllifə gələcək yaradıcılığında  uğur arzuladılar.
      Sonda kitabın müəllifi Məmmədmirzə Rzayev RİH-nin başçısına, tədbirin təşkilatçılarına öz dərin minətdarlığını bildirdi.

Keçidlər