Şriftin ölçüsü :

Saytın rəngi :

Mollaisaqlı kəndində səyyar görüş-qəbul

11 aprel 2013 | 15:00

9 aprel 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Mollaisaqlı kəndində səyyar görüş-qəbul keçirmişdir.
Məktəbin akt zalına toplanmış sakinlərlə görüşən Başçı bildirmişdir ki, yolunuz standartlara uyğun çəkilməlidir. Tanınmış iş adamlarınız və ziyalılarınız kəndə kömək etməli, iş yeri açmalıdırlar. Müxtəlif peşə sahiblərindən ibarət briqada yaradıb, kənddə aparılacaq tikinti-quruculuq və yol çəkilişində işləməsi məsləhətdir.
Mirdaməd müəllim təsərrüfat fəaliyyətinin bütün istiqamətləri üzrə çox dəyərli məsləhətlər verdi. Mollaisaqlı İƏD üzrə nümayəndə Həşim Həşimova tapşırdı ki, ağsaqqalları bir yerə toplasın (xeyirxah, dərin düşüncəli, dövlət mövqeli, əsil ağsaqqal burada çoxdur) kəndin sabahı və gələcəyinin necə olacağı barədə məsləhətləşmələr aparsın, nəticələri rayon icra hakimiyyətinə təqdim etsin. Hər bir kənd , o cümlədən Mollaisaqlı inkişaf etdiriləcək.
Enerji və su təchizatı, sosial müdafiə, mədəniyyət, məşğulluq məsələləri ilə əlaqədar təkliflər, şikayətlər oldu. Hər biri barədə aid təşkilatın rəhbərinə tapşırıq verildi. Məsələlərin çoxu öz qanuni həllini elə qəbul zamanı tapdı.

Keçidlər