Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük fəaliyyətinin təbliği

15 may 2015 | 15:00

15 may 2015-ci il tarixdə “Könüllülük fəaliyyətinin təbliği gənclər” İctimai Birliyinin əməkdaşları tərəfindən “Gənclərin karyera qurma və peşə seçimi istiqamətində marifləndirici tədbirin həyata keçirilməsi” adlı layihənin icrası Heydər Əliyev Mərkəzində keçirildi.
Tədbirdə RİH başçısının müavini Mahmud Süleymanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Birliyin icraçı direktoru Aqşin Teymurlu,layihə kordinatoru İsmət Əmrahov, təlimçi Pənah İsmayılov və rayonun fəal gəncləri iştirak etmişdir.
Layihənin məqsədi yeniyetmə və gənclərin öz karyera planlamasında, xüsusilə ixtisas və peşə seçimində onlara istiqamət verməklə düzgün hədəf seçmələrinə dəstək olmaq, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə işini həyata keçirməkdir.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.

Keçidlər