Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar

16 may 2015 | 15:00

16 may 2015-ci il tarixdə Rayon Statistika idarəsinin akt zalında İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar keçirildi. Tədbirdə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov, İsmayıllı rayon Statistika idarəsinin rəisi Ə.Əzizov iştirak edib. Rüstəm Səmədov tədbir iştirakçılarını salamladıqdan sonra qarşıda duran vəzifələrdən danışıb. 26 may 2015-ci il tarixində Birinci Avropa Oyunlarının Məşəli rayonumuza gətiriləcəyini müşavirə iştirakçılarının nəzərinə catıraraq İƏD üzrə nümayəndəliklərin də bu tədbirdə daha fəal iştirak etmələrini xahiş edib. İsmayıllı rayon Statistika idarəsinin rəisi Əziz Əzizov 2015-ci il iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar 2 nömrəli siyahıhaalma vərəqəsinin doldurulması qaydaları barədə geniş izahat verib, bununla bağlı iclas iştrakcılarını maraqlandıran suallara cavab verib.

Keçidlər