Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusu məktəblərdə

21 may 2015 | 15:00

19 may 2015-ci il tarixdə şəhər 1 saylı orta məktəbdə “Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin direktoru Şahin Gənciyev açaraq qonaqları salamlayıb və mövzunu iştirakçılara elan edib. RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək zərərli vərdişlər, narkomaniya, yaranma səbəbləri və fəsadları barədə iştirakçıları məlumatlandırıb. RTŞ-nin əməkdaşı Hümbət Əsədov zərərli vərdişlərdən xilas olmağın yollarından, asudə vaxtın düzgün təşkil edilməsindən bəhs edib. Ümumilikdə tədbir diskusiya şəklində keçirilməklə şagirdlərin fəal iştirakı təmin olunub.
*****
Narkomaniya və onun doğurduğu fəsadlar mövzusunda tədbirlərdən biri də  21 may tarixində şəhər 3 saylı orta məktəbdə keçirilib.
Tədbiri şəhər 3 saylı orta məktəbin direktoru Əhmədağa Əkbərov açıb, mövzunu elan edib. Mövzu ətrafında RİH-nin Hüquq şöbəsinin müdiri X.Abbasov, RTŞ-nin əməkdaşı H.Əsədov  çıxış edərək zərərli vərdişlər, narkomaniya, yaranma səbəbləri və fəsadları barədə iştirakçıları məlumatlandırıb, zərərli vərdişlərdən xilas olmağın yollarından, asudə vaxtın düzgün təşkil edilməsindən bəhs ediblər.

Keçidlər