Şriftin ölçüsü :

Saytın rəngi :

İstedadlar, qaliblər mükafatlandırıldı

22 may 2015 | 15:00

İsmayıllının keyfiyyətli təhsil ənənələrini uğurla davam etdirən Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan naliyyətləri mütamadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir.
     “Gənclər mərkəzi”ndə 22 may 2015-ci il tarixdə keçirilən toplantıda bütün il boyu əqli, elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.
      Təhsilin, elmin inkişafında, rayonun yeniləşməsində, tikilib qurulmasında, gənclərin növbəti vəzifələrin icrasına səfərbər edilməsində daha çox  xidməti olan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda çıxış etmiş,  Azərbaycan təhsilinin, bütövlükdə ölkənin inkişafında müəllimlərin, şagirdlərin, gənclərin üzərinə düşən vəzifələrdən ətraflı danışmışdır.
      Rayon Təhsil şöbəsi müdrinin müavini Rahim Baxışov tədris ili müddətində qazanılan nailiyyətlərdən, rayon mədəniyyət və turizm şöbəsi, rayon gənclər və idman idarəsi ilə birgə keçirdikləri yarışların, müsabiqələrin  yüksək nəticə verməsindən, innovativ təhsildə qazanılan uğurlardan danışmışdır.
      Müxtəlif nominasiya və yarışlarda qalib gələn şagirdlərin müəllimlərinə və komandaların məşqçilərinə RİH başçısının  təşəkkürnaməsini və mükafatları RİH  başçısının müavini Sevil Əhmədova təqdim etmişdir.
      Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “Şahin” hərbi idman oyunlarında Respublika üzrə III yeri tutmuş  şəhər 6 saylı tam orta məktəbin komandasına, həndibol üzrə VIII Respublika spartakiadasında  III yeri tutmuş İvanovka kənd tam orta məktəbinin  qızlardan ibarət komandasına, 13 yaşlı futbolçu  qızlar arasında keçirilmiş Respublika birinciliyində çempion adını qazanmış Hacıhətəmli kənd tam orta məktəbinin komandasına, fən olimpiadalarının, şahmat yarışının, rəsm və inşa müsabiqələrinin, informatika və onlayn olimpiadalarının, gənc xilasedicilər və  yanğınsöndürənlərin yarışının, digər bilik yarışlarının və intelektual oyunların respublika miqyaslı qaliblərinə mükafatlar, medallar, hədiyyələr və diplomlar təqdim olunmuşdur.
      “İsmayıllının elektron turizim portalı” layihəsinin hazırlanması və təqdimatında böyük əmək sərf etmiş “İnovasiya mərkəzi”nin üzvlərinə mükafatları  təqdim edən Mirdaməd Sadıqov qeyd etmişdir ki, Respublika rayonları arasında ilkin olan bu layihə digər yerlərdə də artıq öz tətbiqini tapır.
       Müxtəlif idman növləri üzrə Federasiyaların rayon filiallarının təsis edilməsi də ilkin təşəbbüs kimi İsmayıllıya məxsusdur. Qalib idmançılara mükafatları da həmin rayon filiallarının sədirləri təqdim etdilər.
       Bütün əvvəlki illərdən daha fərqli naliyyətlərə çatan məktəblilər bu tədbirdən növbəti dərs ili üçün səfərbəredici enerji götürdülər.

Keçidlər