Şriftin ölçüsü :

Saytın rəngi :

Ruşan və Qalacıq kəndlərində yeni poçt binalarının açılışı olmuşdur

28 may 2015 | 15:00

28 may 2015-ci il tarixində İsmayıllı poçt filialının Ruşan və Qalagah kənd şöbələrinin yeni binalarının açılışı olmuşdur. Açılışda  Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov , kənd ictimaiyyətinin nümayəndləri iştirak ediblər. Çıxış edənlər yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər.
Məlumat üçün bildirək ki, ümumi sahəsi 30 m2 olan hər bir yeni binada bütün poçt xidmətləri üçün lazımi şərait yaradılmışdır.

Keçidlər