Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci yeni dərs ilinə hazırdır

    2017-09-12

    Hələlik müstəqil binası olmayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci istifadə olunmayan səhiyyə obyektində mövcud qanunçuluq əsasında yerləşib. Indiyədək bina təlimin təşkili üçün uyğunlaşdırılmamışdı. Azərbaycan Respublikası Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra hakimiyyətinin birgə dəstəyi ilə Kollecin binasında əsaslı təmir işləri aparılıb, auditoriyalar, foyelər tədris prosesinin tələblərinə uyğun tərtib olunub.

  • İdmançılarımız qaliblər sırasında

    İdmançılarımız qaliblər sırasında

    2017-09-12

    11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Milli Paralimpiya İdman Kompleksində kişilər arasında Pouerliftinq idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

  • “Mənim Ailəm” Beynəlxalq Festivalında III ...

    “Mənim Ailəm” Beynəlxalq Festivalında III yer

    2017-09-11

    28-31 avqust 2017-ci il tarixlərdə Gənclər Paytaxtı Balakən şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən “Mənim ailəm” Beynəlxalq Gənclər Festivalı keçirilmişdir. 8 ölkədən 16 ailənin iştirak etdiyi festival 4 mərhələdən ibarət idi. Mətbəx, İdman, intellektual bilik yarışması”Xəmsə” və Yaradıcılıq.

  • Qurbanəfəndi kəndində “Dini radikalizmlə m...

    Qurbanəfəndi kəndində “Dini radikalizmlə mübarizədə İslam həmrəyliyi vasitə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

    2017-09-11

    Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • Sinif rəhbərlərinə mülki müdafiə kursu keç...

    Sinif rəhbərlərinə mülki müdafiə kursu keçirilmişdir.

    2017-09-09

    İsmayıllı rayonunun 2017-ci il üçün Mülki müdafiə tədbirləri planına əsasən 08 sentyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseyinin iclas zalında İsmayıllı rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərlərinin iştirakı ilə mülki müdafiə kursu keçirilib.

  • İsmayıllı müəllimləri konfransda növbəti v...

    İsmayıllı müəllimləri konfransda növbəti vəzifələrini müzakirə ediblər

    2017-09-08

    İsmayıllı təhsil sistemində 1514 nəfər müəllim çalışır. Onların 12 nəfəri əməkdar müəllim fəxri adına, 9 nəfəri “Tərəqqi” medalına layiq görülüb. Diaqnostik qiymətləndirmədə 1279 müəllim iştirak edib. Qiymətləndirmə 39,3 balla nəticələnib. Bu da müqayisədə daha fərqli göstərici hesab edilir. 12 nəfər pedaqoq “Ən yaxşı müəllim”, 22 tam orta məktəb “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. 2016-2017-ci tədris ilinin 3 məzunu Qızıl, 1 məzunu Gümüş medal alıb. Lahıc qəsəbə tam orta məktəbinin şagirdi Vahab Cəbrayılov 700, 6 saylı tam orta məktəbin şagirdi Murad Ağazadə 695 bal toplayıb. 500-600 və 600-dən çox bal toplayanların sayı da əvvəlki ilə nisbətən artıb.

  • İsmayıllı rayonunda 1500 başlıq heyvandarlıq...

    İsmayıllı rayonunda 1500 başlıq heyvandarlıq kompleksinin tikintisi davam etdirilir.

    2017-09-06

    Rayonun Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən 1500 başlıq müasir heyvandarlıq kompleksinin tikintisi istiqamətində işlər davam etdirilir. Kompleksə birinci mərhələdə “Aqrolizinq ASC” nin xətti ilə 300 baş “Holşten-friz” cinsli südlük heyvanlar gətirilməsi planlaşdırılır. Artıq heyvanlar saxlanılacaq binanın tikinti işləri başa çatdırılıb, avadanlıqlar quraşdırılıb.

  • Yeniyetmə və gənclər arasında karate üzrə r...

    Yeniyetmə və gənclər arasında karate üzrə rayon birinciliyi

    2017-09-06

    06 sentyabr 2017-ci il tarixdə Ismayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsi, Olimpiya İdman Kompleksi ilə birgə yeniyetmə və gənclər arasında karate idman növü üzrərayon birinciliyi keçirilib.

  • İsrailin nümayəndə heyəti İsmayıllıda

    İsrailin nümayəndə heyəti İsmayıllıda

    2017-09-06

    Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərliyi ilə İsrailin nümayəndə heyəti 6 sentyabr 2017-ci il tarixdə İsmayıllıya gəlib. Nümayəndə heyəti ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşüb. Qonaqları salamlayan Mirdaməd Sadıqov deyib ki, sizi İsmayıllıda salamlamaqdan qürur duyur, sürətli, hərtərəfli inkişafda olan Azərbaycanın abad bir bölgəsi olan İsmayıllıya gəlişinizi alqışlayıram.

  • Məcburi köçkünlərlə İsmayıllı Rayon İcra...

    Məcburi köçkünlərlə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş

    2017-09-05

    Rayon ərazisində 871 ailədə birləşən 3477 nəfər məcburi köçkün müvəqqəti məskunlaşıb. Dövlət qayğısının nəticəsi olaraq onların mənzil-məişət, sosial xidmət problemləri öz həllini tapıb. Gündəlik qayğılar, həyatın davamında yaranan ehtiyac və tələblər hər bir sahədə olduğu kimi köçkünlükdə də özünü ara-sıra göstərir. Rayon icra hakimiyyətinin rəhbərliyi məhz bunları əsas götürərək 5 sentyabr 2017-ci il tarixdə RİH-nin akt zalında hüquq mühafizə və ədliyyə orqanlarının, sosial xidmət, kənd təsərrüfatı, iqtisadiyyat, təhsil, səhiyyə sahələri rəhbərlərinin iştirakı ilə ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirib.

  • İsmayıllının Təzəkənd tam orta məktəbind...

    İsmayıllının Təzəkənd tam orta məktəbində “Ana mükafatı”nın təqdimat mərasimi olub.

    2017-09-05

    Təzəkənd tam orta məktəbi rayonun seçilən, sistemli uğurları ilə İsmayıllı rayonunda fərqlənən tam orta məktəblərdəndir. Valideynlərin, keçmiş məzunların təhsillə maraqlanması,ona yardımçı olması da müvəffəqiyyətlərin artmasını stimullaşdırır. Belə stimullardan biri ən yüksək bal toplayan məzun üçün təsis edilmiş mükafatdır.

  • İsmayıllıda yeni uğurlu nəticələrin təntə...

    İsmayıllıda yeni uğurlu nəticələrin təntənəsi olan Təhsil bayramı keçirilib.

    2017-09-01

    İsmayıllı təhsili ənənələri novatorluqla yaşadaraq nəticələri ildən-ilə artırır. Bu il tam orta məktəbləri 777 nəfər bitirib. Onların 470 nəfəri universitetlərə sənəd verib. 354 nəfər qəbul olunub. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov ən yüksək zirvəyə-700 bala çatıb. 26 nəfər 600-700, 60 nəfər 500-600 arası bal toplayıb. 3 nəfər Qızıl,1 nəfər Gümüş medala layiq görülüb.Digər göstəricilər də yüksələn xətt üzrə davam edib. İsmayıllı Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birgə şəhər mədəniyyət mərkəzində məzunların uğurlarına həsr olunmuş, müvəffəqiyyətləri təqdir edən Təhsil bayramı keçirib.

  • İsmayıllıya səfər etmiş Belorus qonaqlar Hey...

    İsmayıllıya səfər etmiş Belorus qonaqlar Heydər Əliyev Mərkəzində qəbul edilib.

    2017-08-31

    İsmayıllı rayonu ilə Belorus Respublikası Minsk vilayətinin Nesvij rayonu bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahəsində təcrübə mübadilələri aparırlar. Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Lazyuk Valeriy Mixayloviçin rəhbərliyi ilə İsmayıllıya səfərə gəlmiş nümayəndə heyətini 31 avqust 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Qəbulda Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak edib.

  • Azərbaycanda təhsillə bağlı inkişafın yeni ...

    Azərbaycanda təhsillə bağlı inkişafın yeni mərhələləri: İsmayıllı rayonunun timsalında

    2017-08-28

    Azərbaycanda təhsillə bağlı inkişafın yeni mərhələləri: İsmayıllı rayonunun timsalında

  • “Təhsil millətin gələcəyidir” mövzusu ...

    “Təhsil millətin gələcəyidir” mövzusu “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində

    2017-08-28

    İsmayıllı təhsili tarixi ənənələrini yaşadaraq, bu sahədəki dövlət siyasətini uğurla həyata keçirərək ardıcıl olaraq yüksək nəticələr qazanır. Bunlar barədə 31 avqustda keçiriləcək Təhsil bayramında ətraflı bəhs ediləcəkdir. Bayram ərəfəsində “Heydər Əliyev idarəetmə məktəbi”nin “Təhsil millətin gələcəyidir” mövzusunda növbəti məşğələsi keçirilib.

  • Azfakt.com və Reyting.az saytlarının rəhbərli...

    Azfakt.com və Reyting.az saytlarının rəhbərliyinə

    2017-08-26

    Hörmətli sayt rəhbərliyi! Sizin saytlarda “ “Azəriqaz”la icra başçısı şəhid ailəsinə ögey münasibət bəsləyir” başlıqlı yazınızla əlaqədar bildirmək istəyirik ki, yazıda deyildiyi kimi həmin şəhid ailəsinə İsmayıllı şəhərində dövlət tərəfindən ev verilib. Həmin evdə bütün kommunal xidmətlərlə təmin olunub. Şəhid ailəsi Topçu kəndinə köçməsi və ordakı evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməyib. Yazıda deyildiyi kimi İcra Hakimiyyətində heç bir vətəndaşa ögey münasibət bəslənmir. Şəhid ailələrinin üzvləri və müharibə veteranları hər zaman növbədənkənar qəbul olunur və İcra Hakimiyyətinin səlahiyyətləri daxilində hər cür köməklik göstərilir. İsmayıllı Rayon İcra Hakimiyyəti

  • İsmayıllıda sünnət aksiyası keçirilib.

    İsmayıllıda sünnət aksiyası keçirilib.

    2017-08-25

    İsmayıllı rayon İcra Hakimiyyətinin və Uşaq Ailələrə dəstək Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 25 avqust 2017 – cil tarixdə Rayon Mərkəzi Xəstəxanasında keçirilən sünnət xeyriyyə aksiyasına 30-a yaxın imkansız və aztəminatlı ailələrin uşaqları cəlb olunub.

  • Yaponiyanın İto şəhərindən gələn qonaqlar ...

    Yaponiyanın İto şəhərindən gələn qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar.

    2017-08-24

    Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gediblər. 24 avqust 2017-ci il tarixdə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

  • “Qızlar düşərgəsi”nin iştirakçıları ...

    “Qızlar düşərgəsi”nin iştirakçıları İsmayıllı şəhərində

    2017-08-24

    Beynalxalq Təhsil üzrə Amerika Şurası “ Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə “Çinar” istirahət mərkəzində dincələn 14-16 yaşlı 42 nəfər qız İsmayıllı şəhərinə səfər edib. Onlar Heydər Əliyev Mərkəzində, İsmayıllı Mədəniyyət Mərkəzində, Uşaq Kitavbxanasında, Olimpia İdman Kompleksində və İsmayıllı Uşaq Əyləncə parkında olublar.

  • “Milli-mənəvi dəyərlərimiz və gənclik” ...

    “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.

    2017-08-23

    Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu İƏD-nin Buynuz kəndində “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub...

    Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub.

    2017-08-22

    İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində yuxarı sinif şagirdi Suzuki Takeshi, bir universitet tələbəsi Umehara Taiga və müəllim İnaba Naoka İsmayıllı Rayon icra Hakimiyyətində qonaq olublar.

  • İsmayıllıda “Qızlar düşərcəsi-1918”

    İsmayıllıda “Qızlar düşərcəsi-1918”

    2017-08-21

    21 avqust 2017-ci il tarixdə Beynalxalq Təhsil üzrə Amerika Şurası “ Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə “Çinar” istirahət mərkəzində “ Qızların düşərgəsi-1918”nin açılışı olub. Düşərgəyə ölkənin müxtəlif bölgələrindən 14-16 yaşlı 42 nəfər qız cəlb olunub. Açılışda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib.

  • Yapon qonaqlar İsmayıllıya səfər  edib

    Yapon qonaqlar İsmayıllıya səfər edib

    2017-08-16

    İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış “Qardaşlaşmış şəhərlər” protokoluna əsasən avqustun 15-də İto şəhərindən gələn nümayəndə heyəti İsmayıllıya səfər edib.

  • Yeni xalça fabriki üçün kadrlar hazırlanır.

    Yeni xalça fabriki üçün kadrlar hazırlanır.

    2017-08-15

    Xalçaçılığın geniş miqyasda inkişafı, valyuta gətirən bir sahəyə çevrilməsi üçün Respublikada həyata keçirilən tədbirlər İsmayıllıda da müsbət əksini tapır. Şəhərin “Günəşli” qəsəbəsində 170 toxucu yeri olacaq xalça fabriki “Azərxalça” ASC tərəfindən inşa edilir. Burada işləmək üçün artıq kadr hazırlığına başlanmışdır.

  • Azərbaycan nümayəndə heyəti növbəti dəfə ...

    Azərbaycan nümayəndə heyəti növbəti dəfə Beynəlxalq Angin Festivalında iştirak edib

    2017-08-12

    Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında imzalanmış qardaşlaşma müqaviləsinə əsasən, bu il Azərbaycan nümayəndə heyəti növbəti dəfə festivala qatılıb. Ölkəmizi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayilzadənin rəhbərliyi ilə İsmayıllı rayonundan gəlmiş bir müəllim və iki məktəbli təmsil edib.

əvvəlki [9] növbəti