Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı I Avropa Oyunlarına hazırlaşır

06 iyun 2015 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Gənclər və İdman idarəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin icraçılığı ilə 06 iyun 2015-ci il tarixdə Uşaq-Gənclər kitabxanasının akt zalında fəal gənclərin toplantısı keçirilib. Burada I Avropa Oyunları zamanı ölkəmizə səfər edəcək turistlərin rayonumuzda qarşılanmasına hazırlıq işlərinin gedişi müzakirə olunub. Oyunların açılışı və gedişi ilə əlaqədar rayon gənclərinin və idmançılarının fəaliyyət proqramı dəqiqləşdirilib. Əvvəlcə Prezident İlham Əliyevin  I Avropa Oyunları Məşəlini Atəşgahdan alovlandırmasına  və Məşəlin İsmayıllıda qəbul olunmasına həsr  edilmiş qısa filmlərə baxılıb.
         Rayon İcra  Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışı zamanı  qonaqların qarşılanması, I Avropa Oyunlarının açılışının müxtəlif ərazilərdə  monitorlar vasitəsilə kütləvi  iştirakla, təntənəli şəkildə seyr edilməsi, oyunların nəticələrinin Azərbaycana gətirdiyi Beynəlxalq nüfuz və şərəfin təbliğ edilməsi ilə əlaqədar  qarşıda duran vəzifələri şərh edib . RGİİ-si, Olimpiya İdman Kompleksi, YAP rayon təşkilatı gənclər birliyi  və digər aid təşkilatlara konkret tapşırıqlar  verib. Könüllülər dəstəsinin say tərkibinin artmasını və daha fəal mövqe tutmasını, dil öyrənmələrini vacib sayıb.
        Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov qeyd edib ki, Bakı Avropa Oyunları Komitəsinin  nümayəndələri rayonda olub. Lahıc qəsəbəsinə gedib, İvanovka, Basqal və Qalacıq barədə zəngin məlumat götürüblər.Turistlər üçün ilkin səfər məkanı Lahıc seçilib. Bütün  maraq doğuran məkanlar turistləri qarşılamağa hazırdır.
         T.Salehov onu da deyib ki, rayon icra hakimiyyətinin ardıcıl və sistemli qaydada apardığı təşkilati və hazırlıq işlərinin nəticəsi olaraq Avropa Oyunlarının məşəl estafeti rayonda ən yüksək dərəcəli təntənə ilə  davam etdirilib. Bir dünya  çempionu məşəli qəbul edib, digər dünya çempionu  onu alovlandırıb. Bundan sonrakı tədbirlər də bu səviyyədə davam etdiriləcək.
      
    Lahıc qəsəbəsindəki turizm-informasiya mərkəzinin rəhbəri Dadaş Əliyev bu qədim, tarixi eralara bərabər yaşayış məskənin turistləri qarşılamağa tam hazır olduqlarını deyib.
     YAP rayon təşkilatı gənclər birliyinin sədri Əsli Süleymanzadə, Olimpiya İdman  Kompleksinin direktoru Tofiq Hümbətov,  fəal gənc Rahid Rəcəbli və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə əlaqədar dəyərli təkliflər  veriblər. Qərara alınıb ki, Olimpiya İdman Kompleksində, Mərkəzi Meydanda, Uşaq-Əyləncə parkında, Yay filarmoniyasında Avropa oyunlarının açılışı və gedişi monitorlarla izlənsin.

Keçidlər