Şriftin ölçüsü :

Saytın rəngi :

Birgə seminar-müşavirə

08 iyun 2015 | 15:00

İsmayıllı rayon icra hakimiyyətinin akt zalında 08 iyun 2015-ci il tarixdə Fövqəladə hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi ilə ismayıllı rayon icra Hakimiyyəti “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Şimal-Qərb Regional Mərkəzinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və mövcud problemlər” mövzusunda birgə seminar-müşavirə keçirib.
   Burada təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-nin qurumları və yerli icra hakimiyyəti, özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi,onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, baş vermiş və ya başa verə biləcək  hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması  məsələləri müzakirə olunub.
    Seminar-müşavirədə FHN yerli strukturlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri fermerlər, digər maraqlı tərəfin nümayəndələri iştirak ediblər.

Keçidlər