Şriftin ölçüsü :

Saytın rəngi :

“Dostlarla Oyunlara” kompaniyasına İsmayıllı gəncləri də qoşuldu

09 iyun 2015 | 15:00

“İrəli” İctimai Birliyinin 28 may-28 iyun 2015-ci il tarixlər üçün start verdiyi “Dostlarla Oyunlara” kampaniyası bölgələrə səfərlər edir, simvolik humanitar aksiyalar keçirir.
   Kampaniyanın növbəti dayanacağı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmiş İsmayıllı rayonu oldu. “Dostlarla Oyunlara” kampaniyasının stendi Mərkəzi meydana gətirildi. Bu aksiyada əsas məqsəd gələcəyimiz olan uşaqlar üçün uşaq evlərində və məhəllələrdəki idman infrastruktunun yığılan ianələr hesabına daha da yaxşılaşdırılmasıdır.
   “İrəli” İB-nin nümayəndəsi rayon gənclər və idman idarəsinin dəstəyi ilə “Dostlarla Oyunlara ” stendini quraşdırdı, ianələr toplandı və əvəzində simvolik hədiyyələr təqdim etdi.
     Bu aksiya şəhər sakinlərinin, xüsusilə gənclərin marağına səbəb oldu.
     Bir gün davam edən “Dostlarla Oyunlara” kampaniyasının stendi növbəti məkana aparıldı.

Keçidlər