Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Milli Qurtuluş günü qeyd olundu

13 iyun 2015 | 15:00

Ulu öndərin böyük dəyər verdiyi İsmayıllı rayonunda rəhbərlik və əhali onun adı ilə  bağlı olan bütün tədbirləri yüksək səviyyədə, zəngin forma və məzmunda keçirir.
  Heydər Əliyev Mərkəzində  “Milli Qurtuluş günü”nün qeyd edilməsi də belə tədbirlərdən oldu.
         Təntənəli tədbirdə rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov “Heydər Əliyev müasir Azərbaycanın  xilaskarı və qurucusudur” mövzusunda məruzə etdi.İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin, Hacıhətəmli  kənd tam orta məktəbinin direktoru Şahin Kərimovun, Tircan bələdiyyəsinin sədri Elnarə Əlizadənin, Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimovun çıxışları dinlənildi.
      Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirakçıları və  onların timsalında rayonun bütün əhalisini Milli Qurtuluş günü münasibətilə təbrik etdi.Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün etdiklərindən,xilaskarlıq missiyasını necə böyük qəhrəmanlıqla, dönməz iradə ilə yerinə yetirdiyindən,  hüquqi və demokratik əsaslarla yeni, müasir Azərbaycanı yaratdığından, millətini səadətə, xoşbəxtliyə qovuşdurmasından ətraflı danışdı. Qeyd etdi ki, Birinci Avropa Oyunlarının açılışı cənab Prezident İlham Əliyevin Heydər  Əliyev yolunu fədakarlıqla, xalqına vurğunluqla, dəyanətlə, dönmədən davam etdirməsinin  dünya miqyaslı sübutu oldu.
     Tədbirin sonu olaraq Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderə həsr olunmuş, onun xoşladığı mahnı və şeirlər ifa edildi.
    “Bölgələrdən paytaxta” layihəsində daha fəal iştirak etmiş bir qrup gəncə alqışlar altında RİH-nin hədiyyələri və mükafatları verildi.

Keçidlər