Şriftin ölçüsü :

Saytın rəngi :

I Avropa Oyunlarına dəstək məqsədilə gənclərlə yaşlılar arasında yarış

17 iyun 2015 | 15:00

Bakıda keçirilən I Avropa Oyunlarına dəstək məqsədilə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon Komitəsi  və stolüstü oyunlar üzrə rayon  federasiyası ilə birgə 17 iyun 2015-ci il tarixdə çay evində gənclərlə yaşlılar  arasında şahmat və nərd üzrə rayon birinciliyi keçirdi. Yarışı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamladı, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmindən bəhs etdi, böyük uğur münasibətilə hər kəsi təbrik etdi və Avropa Oyunlarında yarışacaq iki idmançımıza- Günel Həsənliyə və Fəridə Qurbanovaya  uğur dilədi. ATİAHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov da öz növbəsində ardıcıl qələbələrimizdən hədsiz sevinc içərisində olduğunu bildirdi,  idmançılara, rayon turniri iştirakçılarına uğur dilədi.
Yarış  50 nəfərin iştirakı ilə gərgin mübarizə şəraitində keçdi. I  yerə Səfərəliyev Bəhruz, II yerə Kərimov Namiq, III yerə Qardaşov Bəhruz layiq görüldülər. Qaliblər rayon Gənclər və İdmann İdarəsinin diplom və medalları, Həmkarlar Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Erməni ilə döyüşən güləşçimizin qələbəsindən sevinci  tüğyan edən yarış iştirakçıları oyunları dayandıraraq qalib idmançımızı uzun müddət alqışladılar.

Keçidlər