Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı abituriyentləri imtahanlara mütəşşəkil qaydada yola salınıblar.

14 iyul 2015 | 15:00

14 iyul 2015-ci il tarixində tam  orta təhsil bazasından ali və orta ixtissas məktəblərinə hazırlaşan 250 abituriyent I və IV qrupun imtahanlarında iştirak etmək üçün İsmayıllı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə avtobuslarla mütəşəkkil qaydada Göyçay şəhərində test imtahanlarına yola salınmışdır.
Yola salınma mərasimində iştirak edən rayon icra hakimiyyəti başçısının müavini, humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək  abituriyentlərə  uğurlar arzulayıb. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tələbə adını qazanmağa çalışan gənclərə xoş arzularını çatdırıb, son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə  ötən il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstərib. Tələbə adını qazanan 21 gənc 600-dən yuxarı bal toplayıb. Bunlarıu ölkə başçısının təhsilə göstərdiyi tükənməz qayğısı və ardıcıl diqqətinin nəticəsi olaraq təqdim edib. Dövlət qayğısına görə valideyinlər ölkə başçısınına minnətdarlıq ediblər.

Keçidlər