Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika “Məktəbli Kuboku”-na hazırlıq

24 iyul 2015 | 15:00

Azərbaycan Velosiped İdman Federasiyası velosiped idman növünün təbliğ etmək, perspektivli idmançıların üzə çıxarılması və Respublika “Məktəbli Kuboku”- na hazırlıq məqsədi ilə 23 iyul 2015-ci il tarixdə saat 11-00 da rayonun  Heydər Əliyev prospektində rayon məktəbliləri arasında velosiped yarışı keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edirdi.  Rayon Olimpiya İdman Kompleksinin idmançıları və 21 məktəb idmançısı arasında yarışa start verildi. Olimpiya və İdman Kompleksinin velosipedçisi 1-ci yer, Şəhər 6 saylı tam orta məktəbin velosipedçisi 2-ci yer və şəhər 1 saylı tam orta məktəbin velosipedçisi 3-cü yerə layiq görüldülər. Yer tutan idmançılar diplomla, kubokla və pul  mükafatı ilə təltif olundular.

Keçidlər