Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq gənclər günündə konsert

13 avqust 2015 | 15:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyətinin birgə təşkilatçılığı ilə 12 avqust 2015-ci il tarixdə İsmayıllı Yay filarmoniyasında Beynəlxalq Gənclər Günü münasibətilə böyük konsert keçirildi. Əksəriyyəti gənclərdən ibarət olan iki min nəfərə qədər tamaşaçı qarşısında Prezident təqaüdçüsü, əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, muğam müsabiqəsinin qalibi, istedadlı xanəndə Kamilə Nəbiyeva, gənc müğənni Vaqif Şıxalıyev və başqaları çıxış ediblər.
Konsertdə muğam və təsniflər, xalq mahnıları, gənclik ruhlu musiqi əsərləri ifa olunub.
Milli ruhda ifaçılığı ilə seçilən xanəndə və müğənnilərə çoxsaylı gül dəstələri bağışlanıb və Rayon İcra Hakimiyyətinin rəhbərliyi onlara təşəkkür edib.

Keçidlər