Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Təhsil” bayramı qeyd edildi

02 sentyabr 2015 | 15:00

İsmayıllının təhsil işçiləri, rayon ictimaiyyəti təhsil sahəsində qazanılan  uğurları, əldə olunan  nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” ilə qeyd edir. Bu il bu bayram 2 sentyabr 2015 ci il tarixdə “Qala” şadlıq sarayında qeyd olundu.
Məzunların, tələbələrin, şagird və müəllimlərin, rayon ziyalılarının, qonaqların, bütövlükdə İsmayıllı ictimaiyyətini  əhatə edən bu tədbir  təhsilimizin uğurlarından xəbər verən bir el şənliyini özündə yaşatdı.
Bayram tədbiri rəsmi və bədii hissədən ibarət idi. Rəsmi hissədə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şair  Musa Yaqub, Baba Vəziroğlu, çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkə rəhbəri cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı, rayonda təhsil sahəsində qazanılan uğurlu nəticələr barədə danışdılar, İsmayıllı təhsilinin respublikada öncül fəaliyyətini diqqətə çatdırdılar.
         Sonra ali məktəblərə qəbul olunmuş 600-dən çox bal toplanmış 20 abituriyent kompüter dəstələri, ali məktəblərə qəbul olunmuş 300-ə yaxın  abituriyentə isə  qiymətli hədiyyələr, RİH Başçısının təbrik məktubu verildi. Daha sonra ali məktəblərə qəbul olunmuş məzunların adları oxundu, onlar  ictimaiyyətə və fəxri qonaqlara təqdim olundular.
Bayram  şənliyi möhtəşəm konsert proqramı ilə yekunlaşdı.

Keçidlər