Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarların İsmayıllı rayon konfransı

09 sentyabr 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramlarının həyata keçirilməsinin əsasını İsmayıllı rayon İcra Hakimiyyəti özəl sektorun, sahibkarlığın inkişafında, aqrar sektorun elmi əsaslarla idarə olunmasında görür.
9 avqust 2015-ci il tarixdə “Gənclər Mərkəzi”ndə “Sahibkarlığın inkişafının prioritet istiqamətləri, ona iqtisadi və mənəvi dəstək göstərilməsi yolları” mövzusunda keçirilən konfrans da bu məqsədə xidmət edirdi.
Konfransı açan iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda sahibkarlığın və fermer təsərrüfatlarının inkişafı üçün yaradılan münbit şəraitdən, onların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının tamamilə alınmasından, sahibkarlara və fermerlərə münasibətdə yalnız qanunların əsas götürülməsindən, rayona investisiya qoyuluşunun, özəl sahəyə dövlət dəstəyinin artmasından danışdı. Mövzu ətrafında RİH başçısının müavini M.Süleymanov məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin direktoru, professor Rəsul Balayev, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Elçin İbrahimov, Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov, Sahibkarlığa Kömək Milli Fondunun baş məsləhətçisi Anar Məmmədov fəaliyyət istiqamətlərinə uyğun çıxış etdilər.
Yerli sahibkarlardan Rüstəm Əhmədov, Cümşüd Hacıyev, “Azza-Aqro” MMC-nin icraçı direktoru Nəriman Hüseynov və başqalarının çıxışları dinlənildi. “Sandal” ayaqqabı firmasının sahibi Rüstəm Əhmədovun sahibkarlıq fəaliyyətinə başlaması və davam etdirməsi sahəsində qazandığı müsbət təcrübəsinin konfrans işçiləri ilə bölüşməsi maraqla qarşılandı.
Sahibkarlara, iş adamlarına, iqtisadi idarəetmə qurumlarına konfrans iştirakçıları adından müraciət qəbul olundu.
Sahibkarlığın, fermer təsərrüfatlarının təşkili, inkişafı və idarə olunmasına yardımçı olmaq məqsədilə tədbirlər planı təsdiq edildi.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər.
Sahibkarlığın inkişafına kömək məqsədilə ictimai nəzarət qrupunun tərkibi təsdiq olundu.

Keçidlər